Gürcüstanın keçmiş rəhbəri​ Saakaşvili Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın Gürcüstanı ümumdaxili məhsulun adam başına düşən göstəricisinə görə üstələməsi barədə açıqlamasını sosial şəbəkədə özünəməxsus şəkildə​ şərh edib.

“Nikol Paşinyan bəyan edib ki, Ermənistan ilk dəfə olaraq Gürcüstanı ÜDM-nin adam başına düşən göstəricisinə görə üstələyib. Belə şey nə mənim prezidentlik illərimdə, nə Şevarnadzenin dövründə, nə də Ermənistanın rəhbəri Böyük Tiqranın dövründən sonra heç vaxt qeydə alınmayıb. Nə coğrafi vəziyyət, nə resurslarla bağlı göstəricilərinə görə, Ermənistan gürcülərdən böyük gəlirə sahib deyillər”, – deyə o bildirib.