“Onun komadan ayılması üçün reaksiyaların yavaş-yavaş əmələ gəlməsi müsbət haldır”

Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin dünən 2-c dəfə əməliyyat olunacağı gözlənilirdi. Bu barədə onun oğlu Alı Gülalıyev sosial şəbəkədə məlumat yayıb.

Onu sözlərinə görə, hüquq müdafiəçisinin durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrı oyadıcıya O.Gülalıyev hələ ki, çox zəif cavab verdiyindən iki gün əvvəl MRİ ediblər: “Nəticəsinə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb.Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.Oğlu Təbriz Gülalıyev ötən həftə yazıb ki, Oqtay Gülalıyevin səhhətində müsbət hallar artmağa başlayıb. Belə ki, infeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub. Hərarəti normaldır. Həmçinin hər iki gözlərini açaraq, əllərini hərəkət etdirir.