Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlı Moldovada “Eagles Next Level” turniri çərçivəsində növbəti döyüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, onun rəqibi yerli idmançı Donna Kel olacaq. Tünzalə İmanlı peşəkar MMA-da üç qələbə qazanıb, iki dəfə isə uduzub. Qeyd edək ki, bu yarışda digər azərbaycanlı Mehman Məmmədov isə “Halk” ləqəbli finlandiyalı Mikael Silanderlə döyüşəcək.