Şimal və Qara Dəniz Donanmalarının birgə təlimi zamanı buraxılan raketin görüntülərini “Zvezda” telekanalı yayımlayıb.

Döyüş atışı MiQ-31K qırıcıları tərəfindən həyata keçirilib. Şimal Donanmasının “Marşal Ustinov”​ raket kreyserinin təlimlərini Rusiya Prezidenti Vladimir Putin izləyib. Ümumilikdə 30-dan çox gəmi, Qara dəniz Donanmasının sualtı qayığı və Rusiya HKQ-nin​ 40-dan çox təyyarəsi təlimlərə cəlb olunub.