Norveçdə siyasi mühacir həyatını yaşayan Daşqın Ağalarlı yanvarın 8-də Qdansk vilayət məhkəməsinin qərarı ilə zamin buraxılıb. Bu barədə Ağalarlı özü məlumat verib. D.Ağalarlı yanvarın 6-da Polşanın Qdansk şəhərin aeroportunda Almaniyaya gedərkən İnterpol tərəfindən saxlanılıb. Polis tərəfindən ona verilən məlumata görə, Azərbaycan onu axtarışa verib. Norveç dövləti ona yaşayış üçün icazəni verdiyinə baxmayaraq, Ağalarlını Azərbaycan tərəfinə təhvil verilməsi bildirilirdi. D.Ağalarlı bildirdi ki, ona qarşı başlanmış deportasiya proseduru davam edir. “Prosedur davam edir və istintaq zamanı mən Varşavada qalmalıyam. Hazırda Qdansk şəhərindən polis müşayiəti ilə Varşavaya gəldim. Deportasiya prosedurun dayandırması üçün mən axtarışa verildiyim işin siyasi və uydurma olmasının sübutlarını məhkəməyə təqdim etməliyəm”.