Britaniya şahzadəsi Harri və həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl​ kral ailəsi üzvləri səlahiyyətlərindən imtina etmək və​ kral evindən maddi cəhətdən müstəqillik əldə etmək niyyətlərini açıqlayıblar.

TASS-ın məlumatına görə, bu barədə qərarı Sasseks şahzadəsi və hersoq özlərinin “Instagram”​ hesabında elan ediblər.

“Aylarla düşünmə və daxili müzakirələrdən sonra bu il bu qurumda yeni mütərəqqi rol oynamağa başlamaqla dəyişiklik etmək qərarına gəldik. Kral ailəsinin “böyük”​ üzvləri olaraq fəaliyyətimizi dayandırmaq və maliyyə cəhətdən müstəqil olmaq üçün işləmək niyyətindəyik. Bu müddətdə əlahəzrət kraliçanı tamamilə dəstəkləməyə davam edəcəyik”, – deyə bəyanatda bildirilir. Taxt varisliyində altıncı yerdə olan şahzadə Harri və Meqan Markl gələcəkdə Birləşmiş Krallıqda​ və Şimali Amerikada yaşamaq niyyətlərini açıqlayıblar.