ABŞ prezidenti Donald Tramp İranın raket hücumunun nəticəsinə görə bəyanatla çıxış edəcəyinə söz verib. “Report”un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”-dəki səhifəsində yazıb. “Hər şey qaydasındadır! İraqdakı iki hərbi bazaya İrandan raketlər buraxılıb. Zərərçəkənlər varmı, ziyanın miqdarı – indi onun qiymətləndirilməsi gedir. Amma ​ hər şey yaxşıdır. Mən sabah səhər bəyanatla çıxış edəcəyəm”, – deyə Ağ Ev rəhbəri “Twitter”də yazıb.