Ukrayna hava yollarına məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsinin qəzaya uğramasının ardından baş vermiş faciənin səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

“Reuters”in məlumatına görə, qəzaya uğramış təyyarənin qalıqlarının üzərində mərmi izlərini xatırladan dəliklər aşkarlanıb.​Nəşrin yayımladığı görüntülərdə əksini tapan dəliklər təyyarənin vurulması ilə bağlı fərziyyələri ortaya çıxarıb.​İranın Nəqliyyat və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz sərnişin təyyarəsinin “vurulması” iddialarını təkzib edib.​Biniyaz İRNA agentliyinə verdiyi açıqlamasında Ukraynaya aid “Boeing” təyyarəsinin mühərrikində baş vermiş yanğın səbəbindən qəzaya uğradığını qeyd edib:​“Təyyarə raketlə vurulmuş olsaydı, havada partlayardı, ancaq qəza mühərrikin alışması və pilotun nəzarəti təmin edə bilməməsi səbəbilə baş verib”.​