“Mançester Yunayted” Pol Poqbanın transfer qiymətini müəyyənləşdirib. Goal.az xəbər verir ki, İngiltərə klubu fransalı ulduzu heyətinə qatmaq istəyən klublardan 150 milyon avro tələb edir. Qeyd edək ki, Poqba 2016-cı ilin yayında “Yuventus”dan Mançester Yunayted”ə həmin dövr üçün rekord məbləğə – 105 milyon avroya transfer olunub. Onun klubu ilə 2021-ci ilin yayınadək müqaviləsi var.