Azərbaycanda bu gün informasiya sistemlərində qısamüddətli fasilələr yarana bilər. Oxu.Az-ın xəbərinə görə, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin məlumatında bildirilib. Qeyd olunub ki, qurum qeyri-iş günlərindən istifadə etməklə informasiya sistemlərində bir sıra yenilənmələri və profilaktik test işlərini həyata keçirir. Bununla bağlı yanvarın 7-də saat 02:00-05:00 radələrində qısamüddətli fasilələr yarana bilər. Qeyd edək ki, Agentlik Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturuna daxildir.