ABŞ prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə Konqresə xəbərdarlıq edərək bildirib ki, Birləşmiş Ştatlar İran tərəfindən hücuma məruz qalsa, qarşı tərəfə qeyri-proporsional (uyğun olmayan) cavab verə bilər.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri Konqresə ünvanladığı fikirlərini özünün “Twitter”dəki səhifəsində paylaşıb. “Sosial şəbəkələrdəki bu paylaşımlar ABŞ Konqresinə xəbərdarlığa xidmət edəcək ki, əgər İran ABŞ-ın hər hansı vətəndaşına və ya Amerikanın obyektinə zərbə vursa, ABŞ-a tez və tam ölçüdə, ola bilər, qeyri-proporsional tərzdə cavab verəcəklər. Belə rəsmi xəbərdarlıq nəzərdə tutulmur, amma o, bununla belə edilib”, – deyə Tramp yazıb.