General Qasım Süleymani Böyük Britaniyanın maraqlarına təhlükə törədirdi. Bunu Britaniya Baş naziri Boris Conson deyib. “Qasım Süleymani maraqlarımıza təhlükə törədirdi və biz onun ölümü üçün ağlamayacağıq. Amma görünür, bütün qisas çağırışları regionda daha böyük təcavüzə gətirib çıxaracaq, bu da heç kimin maraqlarına cavab vermir”, – Conson bildirib.