Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar “xarici təcavüz” lə qarşıdurma üçün ümumi səfərbərlik elan edib.
Bu addımı o, yanvarda Türkiyə parlamentinin hökumətə Haftarın düşmənlərinə-Tripoliyə əsaslanan milli birlik hökumətinə yardım etmək üçün Liviyaya qoşun göndərməyə icazə verməsindən sonra atıb.
Türkiyə parlamenti yanvarın 3-də cümə günü Liviyaya hərbçilərin göndərilməsini nəzərdə tutan qanunu səs çoxluğu ilə qəbul edib. Sənəd Prezident tərəfindən ratifikasiya edilib və qüvvəyə minib.
“Əl-ərəbiyyə” telekanalı mənbələrə istinadən xəbər verir ki, türk hərbçilərinin birinci qrupu müvafiq qanunun qəbulundan iki gün sonra Liviyaya gedə bilər. Reuters isə öz növbəsində hesab edir ki, söhbət Türkiyə qoşunlarının Liviyaya dərhal göndərilməsindən getmir