Polşada bir neçə şəxsin qətlində və ölkənin Ədliyyə naziri Yan Zebroya qarşı sui-qəsd hazırlığında şübhəli bilinən 28 yaşlı şəxs yaxalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Jedynka” radiostansiyası məlumat yayıb. Həmin şəxsin narkomafiya əleyhinə işlə məşğul olan prokuroru da öldürmək istədiyi məlum olub. O həmçinin, külli miqdarda narkotiki satmaqda, sifarişli qətlə hazırlaşmaqda günahkar bilinir. Cinayətkar elə narkotik satarkən polis tərəfindən ələ keçirilib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, o, Ədliyyə nazirini və prokuroru öldürmək üçün əlbir olduğu şəxsə 23,5 min avro pul ödəməli imiş. Ancaq bu sövdələşmə baş tutmayıb.