İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, ölkənin parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib.