İranın Əhvaz şəhərində ABŞ tərəfindən vurularaq öldürülən general Qasım Süleymani ilə vida mərasimi keçirilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, mərasimdə yüz minlərlə insan iştirak edir. Süleymaninin nəşi bu gün Bağdaddan Əhvaza gətirilib.

Onun cənazəsi vida mərasimindən sonra dəfn edilmək üçün Kirmana aparılacaq.