“Amerikanın heç bir mərkəzi təhlükədən sığortalanmayıb”.

İran Amerika ilə müharibə vəziyyətindədir. Buna baxmayaraq “CNN” Tehranda İranın dini rəhbəri Ayətulla Seyid Əli Xameneyinin hərbi məsələlər üzrə məsləhətçisi Hüseyn Dehqandan eksklusiv müsahibə alıb. General bildirib ki, İran intiqam məqsədi ilə birbaşa Amerikanın hərbi obyektlərinə zərbə endirəcək. Bir vaxt İranın müdafiə naziri olmuş cənab Dehqan bildirib ki, İran Amerikaya qarşı müxtəlif ölkələrdə olan və İrana bağlı şiə hərbi qruplardan istifadə etmək fikrində deyil: “Biz deyə bilərik ki, Amerika, cənab Tramp bizə birbaşa zərbə endirib, biz də birbaşa Amerikaya qarşı zərbə endirəcəyik”. Digər İran rəsmiləri kimi general da o fikirdədir ki, İran intiqam almaq üçün tələsməli deyil və öz hədəfini diqqətlə seçməlidir:​ “Bizim cavab reaksiyamız müdrik və yaxşı düşünlümüş olmalıdır, vaxtında və həlledici zərbə endirilməlidir ki, təsir çəkindirici olsun”.