İraq ABŞ-ın ölkədəki hərbi mövcudluğuna son qoymaqla bağlı qərar qəbul edə bilər.

Axar.az xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Şurası keçirilən iclasdan sonra bəyanat yayıb. Şura yaydığı bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds komandanı Qasım Süleymaninin və digər şəxslərin öldürülməsinin İraqın suverenliyinə təhdid olduğunu bildirib. Bəyanatda həmçinin sabah parlamentin fövqəladə iclas keçirəcəyi və ABŞ-ın İraqdakı varlığına son qoymaqla bağlı qərar alınmasının gündəmdə olduğu qeyd edilib