FİFA oyundan kənar vəziyyət qaydalarında ciddi dəyişiklik edəcək. Goal.az xəbər verir ki, ofsayd rəqib futbolçunun bütün bədəni müdafiəçidən irəlidə olduqda və onlar arasında aydın məsafə qeydə alındığı zaman tətbiq olunacaq. Beynəlxalq Futbol Assosiasiyaları Şurası fevralın 29-u yeni qaydanı qəbul edəcək. İndiki ofsayd qaydaları 1990-cı ildə qəbul olunub.