ABŞ hərbçiləri tərəfindən Bağdadda maşın karvanına qəsdən zərbə endirilməsi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” birləşməsinin komandiri Qasım Süleymaninin öldürülməsi qanunsuzdur və beynəlxalq humanitar hüquqa ziddir. “Report” xəbər verir ki, bu barədə qeyri-hüquqi və ixtiyari qəttlərə dair BMT-nin insan hüquqları üzrə ali komissarı ofisinin xüsusi məruzəçisi Aqnes Kalamar “Twitter” səhifəsində yazıb. BMT rəsmisi bu məsələdə ABŞ-ın hərəkətlərinin müdafiədən çox qisas təəssüratı yaratdığını bildirib: “Süleymaninin fəal şəkildə planlar hazırlaması barədə ifadə istər semantik, istərsə də hərbi nöqteyi-nəzərdən maraqlıdır”.