ABŞ-ın hücumu nəticəsində ölən iranlı general Qasım Süleymaninin Bağdadda anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimə İraqın Baş Naziri Adil Abdulmehdi də qatılıb.

Minlərlə insanın qatıldığı mərasimdə ABŞ əleyhinə şüarlar səsləndirilib.

Qeyd edək ki, Qasım Süleymaninin cənazəsi yanvarın 5-də İranın Kirman şəhərində dəfn ediləcək. Onu da əlavə edək ki, generalın ölümü ilə əlaqədar İranda üç gün matəm elan edilib.