Yaponiyanın şərq sahillərində 5,6 bal gücündə zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidmətindən məlumat verilib.

Zəlzələ saat 18:23 (UTC) radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Hasaki yaşayış məntəqəsindən 41 kilometr şimali-şərqdə, ocağı isə 32,2 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.