ABŞ prezidenti Donald Tramp İran İnqilab Keşikçiləri Korpusunun Qüds qolunun komandanı general Qasım Süleymaninin Bağdadda təşkil olunan əməliyyat zamanı öldürülməsinin ardından Tvitter-də diqqətçəkən paylaşım edib.

Belə​ ki, Tramp sosial şəbəkə hesabında sadəcə ABŞ bayrağının rəsmini paylaşıb. Ağ Ev rəhbərinin bu paylaşımla SEPAH generalının öldürülməsi əmrini şəxsən verdiyini və bunun ABŞ üçün böyük qalibiyyət hesab edildiyini bildirmək istəməsi iddia edilir. Qeyd edək ki, Pentaqon bu səhər Bağdadda ABŞ səfirliyinə edilən hücum və yüzlərlə amerikalının ölümündə günahlandırılan iranlı generalın şəxsən Ağ Ev rəhbərinin göstərişi ilə öldürüldüyünü açıqlamışdı.​