Şri-Lanka hərbi qüvvələrinə məxsus “Y-12” tipli təyyarənin qəzaya uğraması nəticəsində 2 pilot və 2 nəfər heyət üzvü həlak olub.

“Report” AP-yə istinadən xəbər verir ki, hadisə Haputale dairəsində, paytaxt Kolombonun 200 kilometrədək şərqində, dağlıq ərazidə baş verib. Təyyarə heyətinin müşahidə tapşırığı yerinə yetirdiyi bildirilir. Hələlik qəzanın səbəbləri məlum deyil.