Rusiya Xarici İşlər Nazirliyi İran generalı Qasım Süleymaninin İraqda ABŞ tərəfindən öldürülməsi ilə bağlı bəyanat verib.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya generalın ölümünə görə İran xalqına başsağlığı verib. Bəyanatda qeyd olunub ki, Q.Süleymaninin ABŞ-ın raket zərbəsi nəticəsində öldürülməsi bütün Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq. “Süleymani İranın milli maraqlarının müdafiəsi işinə sədaqətlə xidmət edirdi”, – nazirlikdən bildirilib. Qeyd edək ki, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib. İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı vəzifəsinə İsmayıl Kaani təyin olunub