İngiltərə Premyer Liqasında XXI tur başa çatıb. Apasport.az saytının məlumatına görə, turun son günündə 1 oyun keçirilib. Çempionatın məğlubedilməz​ lideri “Liverpul” öz meydanında “Şeffild Yunayted”i qəbul edib. Hər hissədə bir qol vuran Yurgen Kloppun yetirmələri 2:0 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, növbəti turun oyunları yanvarın 11-12-də keçiriləcək.