Çində naməlum xəstəliklə bağlı 165 nəfər tibbi nəzarət altında saxlanılır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk olaraq təzə dəniz məhsullarının satıldığı bazarda işləyən şəxslərdə aşkar olunan xəstəliyə diaqnoz qoyula bilmirlər. Belə ki, insanlarda yüksək temperatur, nəfər almaq çətinliyi yaranır. Bu xəstəliyin ağciyərlərə də təsir etdiyi bildirilir.

Bu günə kimi bu xəstəliyə 44 nəfər yoluxub, onlardan 11-nin vəziyyəti ağırdır. Həmin şəxslərlə ünsiyyətdə olan daha 121 nəfər də tibbi nəzarətə götürülüb. Onlar təxrid olunmuş xəstəxanada müalicə olunurlar. Müayinələr zamanı bu xəstəliyin qrip, quş qripi olmadığı müəyyən edilib.