Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanla sərhəddə yerləşən Sanqan şəhərində yerin 8 kilometr dərinliyində yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Bəzi mənbələr yeraltı təkanların təsir gücünün 6 bal olduğunu açıqlayıb. Bölgəyə çox sayda xilasedici cəlb edilib.

Məlumata görə, zəlzələ Əfqanıstanın bir çox vilayətində də hiss edilib.