“The Guardian” nəşrinin məlumatınaa görə, yerli idarəetmə orqanları, özəl şirkətlər və ali məktəblər bundan sonra yalnız Niderland adından istifadə edəcəklər. Hökumətin ölkə adında rebrendinq etməkdə məqsədi buranı “narkomanlar üçün cənnət” imicindən xilas etmək və turist axınını artırmaqdır.​ Adın dəyişdirilməsinə 200 min avro vəsait ayrıldığı qeyd olunub.