“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, dövlət başçıları ikitərəfli əlaqələr də daxil olmaqla Liviya və Suriyadakı son vəziyyəti və regional məsələləri müzakirə ediblər. Ərdoğan İraqdakı Amerika təhlükəsizlik bölmələrini hədəf alan etiraz aksiyalarını narahatlıq və kədərlə izlədiyini, ABŞ səfirliyinə edilən hücumların bitməsindən məmnunluğunu ifadə edib. Hər iki lider regional məsələlərin həllində diplomatiyanın əhəmiyyətini vurğulayaraq ikitərəfli münasibətlərdə birlikdə qazanmaq üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.