ABŞ prezidenti Donald Trump Bağdaddakı ABŞ səfirliyinə hücumda ittiham etdiyi İranla müharibə istəmədiyini bəyan edib. “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp müharibənin İran üçün yaxşı fikir olmadığını söyləyib: “Bunun baş verməsini gözləmirəm”. Qeyd edək ki, ötən ilin dekabrında etirazçılar Bağdaddakı ABŞ səfirliyinin ərazisinə daxil olublar. ABŞ İran hakimiyyətini hücumda günahlandırıb, Tehran isə bunu inkar edib.