ABŞ-ın Merilend ştatında kiçik təyyarənin qəzası nəticəsində ən azı bir nəfər həlak olub. Məlumatına görə, bu barədə “NBC” telekanalı ABŞ Federal Aviasiya İdarəsinə istinadən bildirib. Məlumata əsasən, təyyarə qəza zamanı insanların olmadığı yaşayış binasına çırpılıb. Qəzadan sonra evdə yanğın baş verib. Yanğın tez bir zamanda aradan qaldırılıb. /trendaz/