Əfqanıstanda “Taliban” terror təşkilatı hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib. Məlumatına görə, Cauzcan əyalətində baş vermiş hücum nəticəsində azı 14 hərbçi həlak olub. Daha beş nəfər xəsarət alıb. Öz növbəsində hərbçilər 7 silahlını zərərsizləşdirib, 3 nəfəri isə yaralayıb. Qeyd edək ki, “Taliban” ötən gün daha 17 nəfərin həyatına son qoyub. /trendaz/