Konqo Demokratik Respublikasının (KDR) şərqində əldəqayırma bombanın partlaması nəticəsində 5 nəfər ölüb, üç nəfər yaralanıb. Məlumatına görə, bu barədə “L’actualité” xəbər saytı bildirib.

Munoli şəhərinin polis əməkdaşı bildirib ki, uşaqlar kilsənin yaxınlığında bir əşya tapıblar, evə gələndən sonra həmin partlayıcı qurğunu bilmədən sökməyə başlayıblar. Onun sözlərinə görə, ölənlər arasında üç uşaq və iki böyük var.