İranın Hormozqan vilayətində 4,0 bal gücündə zəlzələ baş verib. Məlumatına görə, zəlzələ dekabrın 26-da yerli vaxtla saat 01:44-də qeydə alınıb. Məlumata əsasən, yeraltı təkanlarının ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Roydar rayonundan 44 km məsafədə olub. İnsan itkisi haqda məlumat verilməyib.