Xavyer Tebas yenidən İspaniya La Liqasının prezidenti seçilib.

Qol.az-ın yarışın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, bu vəzifəyə yeganə namizəd olub. Tebas Baş Assambleyaya ehtiyac olmadan daha 4 il vəzifəsində qalıb. Qeyd edək ki, 57 yaşlı funksioner 2013-cü ildən La Liqanın prezidentidir.