Ìmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib. “AzerTaym.az” qafqazinfo-ya istinadən xəbər verir ki, Vilyam Hacıyev haqqında səsləndirilən məlumatların heç birinin həqiqətə uyğun olmadığını bildirib.”Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır.Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik”, – deyə açıqlamada qeyd olunur.Qeyd edək ki, Almaniyada yaşayan bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvəti olmasına dair siyahı paylaşıb. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edib.