Moskva və Kiyev Ukrayna vasitəsilə qaz tranzitinin davam etdirilməsinə və qarşılıqlı tələblərin tənzimlənməsinə dair razılaşma protokolunu imzaladılar.
RİA Novosti xəbər verir ki, bu barədə “Qazprom”un nümayəndəsi bildirib.
Bununla yanaşı, Rusiya Baş nazirinin müavini Dmitri Kozak bildirib ki, Rusiya və Ukrayna qaz tranziti üçün beş il müddətinə müqavilə imzalayacaqlar.
Onun sözlərinə görə, sənəd Yeni ilə qədər imzalanacaq.
“Bu, yeni bir müqavilə olacaq, növbəti beş il üçün əsas əhəmiyyətli şərtlər razılaşdırılacaq”, — Kozak bildirib.