Məşhur Britaniya nəşri “The Guardian” 2019-cu ilin 100 ən yaxşı futbolçusunun siyahısını tərtib edib.

“Barselona”nın hücumçusu Lionel Messi ingilis nəçrinin versiyasına görə ilin futbolçusu​ seçilib.​Siyahıda ikinci yerdə “Liverpul”un müdafiəçisi Vircil van Deyk, üçüncü yerdə isə onun klub yoldaşı Sadio Mane qərarlaşıb.​ “Yuventus”un ulduzu Kriştianu Ronaldu isə bu siyahıda dördüncü yerdədir. ​Növbəti yerlərdə Muhammed Salah, Kilian Mbappe, Robert Levandovskiy, Rahim Sterlinq, Alison Beker və Frenki de Yonq qərarlaşıblar.