Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nı məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Paytaxt sakini, 1973-cü il təvəllüdlü Nəsibov Roman Zaman oğlu idarə etdiyi velosipedi mikroavtobusa çırpıb. Hadisə nəticəsində velosipedin sürücüsü Roman Nəsibov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.