Həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.

Neytral.info​ BakuPost-a istinadən xəbər verir ki, başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib. Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.