Trinidad və Tobaqo millisinin futbolçusu Şadon Vinçester avtomobil qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə futbolçunun vətəni Qasparilo şəhəri yaxınlığında baş verib. Səhər saatlarında Vinçesterin içində olduğu “Nissan X-trail” idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində Vinçesterlə yanaşı, avtomobildə olan daha üç nəfər ölüb. Futbolçunun vəfatı ilə bağlı FİFA da Vinçesterin yaxınlarına başsağlığı verib. Qeyd edək ki, 27 yaşlı futbolçu 2018-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz”in şərəfini qoruyub.