Bakı rublu” ifadəsi çox qəribə səslənir. Təbii ki, belə pul vahidi yoxdur. Amma rus mafiyasında bu ifadəni çox işlədirlər.

Bizimyol.info xəbər verir ki, “Bakı rublu” deyərkən ABŞ dollarını nəzərdə tuturlar. Rus mafiyası “bakinskie rubli” ifadəsi ilə “baks” (bucks) termininə işarə vurur. Yəni pul verməli olan adama eyham vururlar ki, məbləği rus rublu ilə yox, ABŞ dollarıyla çatdırmalısan. Rusiya kinosunda buna aid xeyli nümunə var. Aleksey Balabanovun 2005-ci ildə çəkdiyi “Jmurki” (“Gözbağlıca”)  filmində epizodların birində “bakinskie rubli” ifadəsi işlənir. Polis zabiti Stepan “Koron” ləqəbli cinayətkara 100 min qazana biləcəklərini deyir. Sergey Makovetskinin yaratdığı obraz soruşur ki, rublla? Polis cavab verir ki, rublla, amma Bakı rublu ilə. Yəni 100 min dollardan söhbət gedir.