Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı​Nizaməddin Quliyev​ və onun birinci müavini​Ramiz Tatarov​ saxlanılıblar. “Report”un əldə etdiyi məlumata görə, hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların saxlanılmasının dəqiq səbəbi hələlik məlum olmasa da, iddialara görə rüşvət alarkən yaxalanıblar.