Avropa İttifaqı (Aİ) tərəfindən Rusiya əleyhinə sanksiyaların tətbiqindən sonra Macarıstan 8,5 milyard dollar itirib. “Report” “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto söyləyib. “Sanksiyaların tətbiq edildiyi andan etibarən 8.5 milyard dollar itirmişik. Sanksiyalar tətbiq olunmazdan əvvəl Rusiya ikinci ən böyük ticarət tərəfdaşımız olub. Əlbəttə ki, çox ixrac imkanlarımızı da itirdik”.

Eyni zamanda nazir, Macarıstanın sanksiyalar məsələsində Avropanın birliyini heç zaman pozmadığını və gələcəkdə də bunu etmək niyyətində olmadığını qeyd edib: “Həmişə siyasi və iqtisadi baxımdan ədalətli dialoqu təşviq etsək də, sanksiyalar işimizi xeyli çətinləşdirir”.