1999-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlmiş Müşərrəf 2007-ci ildə fövqəladə vəziyyətin konstitusiyaya zidd elan edilməsinə görə “dövlət xəyanəti” maddəsi ilə ittiham olunub.

Ali Məhkəmənin sədri Peşavarın başçılığı ilə üç hakimdən ibarət xüsusi məhkəmə hakimi Vakar Əhməd Sethi​ 2008-ci ildə dövlət başçısı vəzifəsindən istefa verməyə məcbur olan Pərviz Müşərrəfi təqsirli bilib və onu ölüm cəzasına məhkum edib. Məhkəmə ​ 76 yaşlı​ Müşərrəfin Dubayda yaşaması səbəbi ilə hökmü qiyabi çıxarıb.​