Xəbər verdiyimiz kimi, türk əsilli alman futbolçu Məsud Özil “​ Twitter” hesabından Çində yaşayan uyğur türklərinə qarşı zülmə etiraz edərək, “Həzrəti Əli gözəl deyib – zülmə əngəl ola bilmirsinizsə, onu hər kəsə çatdırın. Qərb mətbuatında və dövlətlərində bu olaylar aylar, həftələrdir gündəmdə olduğu halda, müsəlman ölkələri və mediası hardadır?” paylaşım etmişdir.​ Çin tərəfi isə buna cavab olaraq, dövlət televiziyası CCTV​ Arsenal – Mançestr Siti oyununu yayından qaldırıb.​

Qeyd edək ki, Çin uyğurlara qarşı repressiv siyasət yürütməkdə və onların dini və mədəni hüquqlarını məhdudlaşdırmaqda ittiham olunur. Çinin Sincan Uyğur Muxtar Bölgəsində 10 milyona yaxın uyğur yaşayır. Arsenal” Özilin paylaşımı ilə bağlı bəyanat yayaraq bunun futbolçunun şəxsi mövqeyi olduğunu, klubun siyasətə qarışmadığını açıqlayıb.