Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb. Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır.