“YouTube” seksual orientasiya, gender və irqi mənsubiyyəti təhqir edən, həmçinin zorakılığa işarə edən videoları ləğv edəcək.​

“BBC Ukrayna” xəbər verir ki, bunu şirkətin istahsala nəzarət şöbəsinin rəisi Nil Morqan bildirib.​Onun sözlərinə görə, qərarın qəbulunda istifadəçinin davranışı da nəzərə alınacaq.​ Daha əvvəl “YouTube” aşağıda sadalanan mövzularda videoları qadağa edib: zahiri görünüşü ələ salanşəxsi məlumatları yayanfərdə qarşı zorakılığı təşviq edən​Şirkətdən bildirirlər ki, yeni siyasət həm adi istifadəçilərə, həm də populyar blogerlərə və siyasətçilərə şamil olunacaq. Qaydaları mütəmadi pozan video müəlliflərinə qarşı əlavə cəzalar tətbiq olunacaq: kanalları bağlanacaq və yaxud reklamdan gələn gəlirləri alınacaq.

Şirkət stend-ap yumor ustaları və musiqili videolar üçün istisnalar tətbiq edəcək.