Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin 2011 – ci ildə tikdirdiyi iqamətgahı hərracda 2,7 milyon dollara satılıb.

Bunu Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnavu jurnalistlərə açıqlamasında deyib. Satılan iqamətgahın Mestiya qəsəbəsində yerləşdiyi bildirilib. İqamətgahın satış qiyməti başlanğıc qiymətindən 308% çox olub. Bu qiyməti dövlətə “Aiqvini Saxli” şirkəti ödəyə bilib.